Ronaldo Ermənistanı boş keçmədi - 5 qol vurdular
90plus.az xəbər verir ki, Dünya Çempionatının Avropa seçmə mərhələsinin “F” qrupunda ilk oyunlar start götürüb. Qrupun ilk matçında Portuqaliya səfərdə Ermənistan yığması ilə qarşılaşıb və rəqibini 5:0 hesabı ilə məğlub edib.
Qarşılaşmada hesabı 10-cu dəqiqədə Joao Feliks açıb. 21-ci dəqiqədə isə komandanın kapitanı Kriştiano Ronaldo fərqlənərək üstünlüyü artırıb. 32-ci dəqiqədə Joao Kanselo komandasının üçüncü qoluna imza atıb. İkinci hissəyə də sürətli başlayan Portuqaliya 46-cı dəqiqədə yenidən Ronaldo ilə fərqlənib. Son nöqtəni isə 61-ci dəqiqədə yenidən Joao Feliks qoyub.
Qollar: https://t.me/doxsanplus/107239
Bu nəticə ilə Portuqaliya seçmə mərhələyə 3 xalla başlayıb və liderliyə yüksəlib.
© Copyright 2026, All Rights Reserved