Ronaldonun komandasını 3 xaldan elədi, formasını aldı
Soboslay Ronaldodan formasını ala bildi.
90plus.az xəbər verir ki, Macarıstan millisinin kapitanı Dominik Soboslay ötən ay Portuqaliya ilə oyundan sonra Kriştianu Ronaldodan forma istəmişdi.
O zaman Ronaldo formasını artıq vermişdi, amma Soboslayın formasını alaraq söz vermişdi:
“Növbəti oyunda sənə öz formamı verəcəyəm.”
Və indi Soboslay təsdiqləyib — Ronaldo sözünü tutub.
2009-cu ildə uşaqlıqda maskot kimi Ronaldonun yanında meydana çıxan Soboslay, 15 il sonra öz idolundan forma alıb.
Qeyd: Portuqaliya - Macarıstan oyunu 2-2 bitmişdi. Macarıstan adına Dominik Soboslay son dəqiqələrdə vurduğu qolla komandasına 1 xal qazandıra bilmişdi.
© Copyright 2026, All Rights Reserved