Rəqib çalışdırıcı “Zirə”nin səviyyəsindən danışdı
"DAK 1904”ün (Slovakiya) baş məşqçisi Xisko Munoz UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz "Zirə" ilə matç öncəsi mətbuat konfransında açıqlama verib.
90plus.az xəbər verir ki, baş məşqçi "Zirə"ni yüksək səviyyəli klub adlandırıb:
"Zirə"nin yüksək səviyyəli rəqib olduğunu bilirik. Əvvəlki matçlarını izləmişik. Çalışacağıq ki, öz oyun üslubumuzu göstərək. Bakıdan sərfəli nəticə ilə dönmək istəyirik".
Qeyd: UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Zirə"-"DAK 1904" görüşü iyulun 25-də, saat 20:30-da “Dalğa Arena”da başlayacaq.
© Copyright 2026, All Rights Reserved