“Rəqibin büdcəsi bizdən çoxdur" “Sabah”ın rəqibinin baş məşqçisi
İrlandiyanın "Sent Patriks Atletik" klubunun baş məşqçisi Stefen Kenni sabah Bakıda "Sabah" klubu ilə Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündən öncə düşüncələrini söyləyib.
90plus.az xəbər verir ki, çalışdırıcı qələbəyə inandığını söyləyib:
"Uzun məsafə qət edərək, Azərbaycana gəldik. Bir az yorğunluq var. Bununla belə, "Sabah"la görüşə yaxşı hazırlaşmışıq. Məqsədimiz qələbə qazanaraq, növbəti mərhələyə adlamaqdır. Məğlub olsaq, bunu normal qarşılayacağıq. Çünki rəqib büdcə baxımından bizdən üstündür".
Qeyd: "Sabah - St Patriks Atletiks" görüşü sabah saat 20:00-da İctimai TV-dən yayımlanacaq. İlk oyunda İrlandiya təmsilçisinin 1:0 hesablı qələbəsi var.
© Copyright 2026, All Rights Reserved