Rumın çalışdırıcı: “Rumıniyalı olmaqdan qürur duyuram”
Rumıniya millisinin çalışdırıcısı Edvard Yordanesku Avropa çempionatının sonuncu qrup oyununda Slovakiya ilə heç-heçə bitən matçı şərh edib.
90plus.az xəbər verir ki, Yordanesku qrupu lider kimi bitirməyin xoşbəxtliyindən danışıb:
"Qrupdakı dörd komandanın hər biri 4 xal yığdı. Bu cür maraqlı vəziyyət həyatda həmişə olmur. Şadam ki, hər şey bizim üçün uğurlu oldu. Bütün azarkeşlərimizə təşəkkürümü bildirirəm. Hər üç görüşdə özümüzü ev oyunundakı kimi hiss etdik. Rumıniyalı olmaqdan qürur duyuram".
Qeyd: E qrupunu lider kimi bitirən Rumıniyanın Avro-2024-ün 1/8 finalındakı rəqibi Niderland olacaq. Matç 2 iyul saat 20:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved