Rumınların çalışdırıcısı: “Heç vaxt asan olmadı”
Rumıniya millisinin baş məşqçisi Eduard İordanesku Avro-2024-ün qrup mərhələsində Rumıniyaya 3:0 hesabı ilə qalib gəldiyi oyundan sonra ürək sözlərini söyləyib.
90plus.az xəbər verir ki, mütəxəssis sevincək danışıb:
"Dünyanın hər yerindəki azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu gün bizimlə birlikdə olduqlarını bilirəm. Komandam əla iş gördü. Futbolçuları təbrik edirəm".
O bildirib ki, millidə işlədiyi vaxtdan bəri çətinlikləri olub: "Heç vaxt asan olmadı. Yaxşı oyunlarda nümayiş etdirdik. Bu komanda bu zəfər üçün böyük səy göstərdi".
© Copyright 2026, All Rights Reserved