“Sabah”ın çalışdırıcısı: “Vuruşacağıq”
"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 3-cü təsnifat mərhələsində İrlandiyanın "Sent Patriks Atletik” klubu ilə ilk matçdan əvvəl danışıb.
90plus.az xəbər verir ki, Renduliç oyunun ağırlığı barədə danışıb:
"Bizi çox çətin və ağır oyun gözləyir. Rəqibin müəyyən üstünlükləri var. Rəqib komanda öz çempionatında 26 oyun keçirib. Azərbaycanda isə Premyer Liqaya yeni başlayıb. Sabah əlimizdən gələnin ən yaxşısını edəcəyimizə söz veririk. İnanırıq ki, sabahkı çətin, ağır oyundan qalib ayrılacağıq. Vuruşacağıq ki, növbəti mərhələyə yüksələn tərəf biz olaq".
Qeyd: "Sent Patriks Atletik" - "Sabah" matçı sabah saat 22:45-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved