Şafranko: “Hamımız bir-birimizə inanırıq”
“Sabah”ın futbolçusu Pavol Şafranko Konfrans Liqasının 3-cü təsnifat mərhələsində İrlandiyanın “Sent Patriks Atletiks” klubu ilə oyun öncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib.
90plus.az xəbər verir ki, slovakiyalı oyunçu komandadakı ab-havanın yaxşı olduğunu bildirib:
“Məşqlər, hazırlıqlar çox yaxşı keçir. Komandada hamı bir-birinə inanır. Sabah azarkeşlərimizin də dəstəyi ilə qələbə qazanacağımıza inanırıq. Hər görüşə qalibiyyət əzmi ilə çıxırıq. Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik".
Qeyd: "Sabah - St Patriks Atletiks" görüşü sabah saat 20:00-da İctimai TV-dən yayımlanacaq. İlk oyunda İrlandiya təmsilçisinin 1:0 hesablı qələbəsi var.
© Copyright 2026, All Rights Reserved