Samir Abasov: “1 il bunun üçün mübarizə apardıq”
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Konfrans Liqasında Macarıstan “Fehervar”ı ilə sabahkı oyun haqda danışıb.
90plus.az xəbər verir ki, mütəxəssis azarkeşləri Mehdi Hüseynzadə stadionuna səsləyib:
"Sabah ağır və maraqlı oyun bizi gözləyir. Öz meydançamızda oynayırıq, azarkeşlərimizin də stadionu dolduracağını düşünürəm. İlk oyunumuzdur. Bilirik ki, ağır olacaq. Vacib görüşdür. Bir il bunun üçün mübarizə aparıb, gücümüzü qoymuşuq. İnşallah, sabah ümidləri doğrultmaq niyyəti ilə meydana çıxacağıq"
Qeyd: Sumqayıt - Fehervar. 25 iyul Saat 20:00
TV: İdman TV
© Copyright 2026, All Rights Reserved