Samir Abasov Konfrans Liqası oyununda hakim səhvlərindən qorxur
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu - səfərdə Macarıstan təmsilçisi "Fehervar"la matç öncəsi mətbuat konfransında fikir bildirib.
90plus.az xəbər verir ki, Abasov hakim səhvlərindən çəkindiyini söyləyib:
"Fehervar"ın oyunlarına baxmışdıq. Ümid edirəm ki, maraqlı oyun keçəcək və hakimlərin səhvi olmayacaq. İlk oyunda uduzmağımızın səbəbləri var idi. Bura yaxşı əhval-ruhiyyə ilə gəlmişik. Yetərincə itkilərimiz var. Əlimizdən gələni edib, ümidləri doğrultmağa çalışacağıq. Futbolçularla xüsusu söhbət olmayıb. Düşünürük ki, bu onlara əks-təsir edə bilər. O elə epizodlar idi ki, necə qorunacağını bilmirsən. Ümid edirəm ki, sabahkı oyunda fikirlərimiz hakimdə qalmayacaq. Futbolçular standart vəziyyətlərdə diqqətli olsa, hakimi unutdurmaq mümkündür. Şanslar bərabərdir. Azarkeşlər üçün oynayacağıq".
Qeyd: "Fehervar" - "Sumqayıt" matçı sabah saat 21:00-da baş tutacaq. Sumqayıtda baş tutan ilk görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved