"Şans bizim tərəfimizdə deyildi" Avstriyanın çalışdırıcısı
Avropa çempionatının 1/8 final mərhələsində Avstriya-Türkiyə komandaları arasında keçirilən matçda Türkiyə 2:1 hesabı ilə Avstriyaya qalib gələrək 1/4 finala yüksəlib.
90plus.az xəbər verir ki, oyundan sonra Avstriyanın baş məşqçisi Ralf Rangnick açıqlama verib.
O, açıqlamasında "Şans bizim tərəfimizdə deyildi, matç əlavə vaxta getsəydi, qalib gəlmə şansımız olardı. Çünki Türkiyə Milli Komandası sona doğru yorulurdu, fiziki üstünlüyümüz var idi, amma bildiyiniz kimi onlarla bir matç keçirdik ki, 6-1 qalib gəldik və həmin matçda 6 qol vura bildiyimiz halda,bu matç cəmi 1 qol vura bildik” - deyə qeyd edib.
Qeyd: Ralf Rangnick Avstriya millisinin baş məşqçisi olandan bəri millidəki uğurları:
•Bütün yarışlarda 26 oyundan 15-də qalib gəldi
•Avro 2024-ün seçmə mərhələsində 2-ci yeri tutdu
•Avro 2024-də Fransa və Hollandiyanın yeraldığı qrupda 1-ci oldu.
© Copyright 2026, All Rights Reserved