Sautqeyt İngiltərənin qələbəsindən sonra açıqlama verib
İngiltərə-İsveçrə arasında keçirilən matç əsas vaxtda 1-1 hesabı ilə nəticələnib. Penaltilər seriyasında isə İngiltərə 5-3 hesabı ilə İsveçrəyə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
90plus.az xəbər verir ki, İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt qələbədən sonra açıqlama verib.
Sautqeyt açıqlamasında "Oyunçuların parlaq çıxış edəcəyini düşünürdüm. Biz onlara topla bağlı çox problem yaratdıq. İsveçrə həqiqətən yaxşı rəqibdir, təzyiq etmək, onlara qarşı müdafiə olunmaq çətindir. Yaxşı hərəkətlər edirlər. Yenidən geridən gəldik, xarakter və möhkəmlik göstərdik. Yalnız yaxşı oynamaq deyil, digər məqamların hamısını göstərməlisiniz" - deyə bildirib.
Qeyd: Bu, komandanın 28 ildən sonra qitə çempionatında penaltilər seriyasında ilk qalibiyyətidir. Yığma o vaxtdan AVRO-2020-nin finalı da daxil olmaqla dörd dəfə uduzub. FOTO
© Copyright 2026, All Rights Reserved