Avropa kuboku: Cüdomuz 4 medal aldı!
Azərbaycan cüdoçuları Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən gənclər arasında Avropa Kubokunda uğurlu çıxış ediblər.
90plus.az xəbər verir ki, ilk yarış günündə tatamiyə çıxan Nihad Məmişov (60 kq) və Əbil Yusubov (73 kq) bütün qarşılaşmalarda qalib gələrək turnirin çempionu olublar.
Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medal qazanıb.
Hazırda yığmamız 2 qızıl, 1 gümüş və 1 bürünc medalla ümumi sıralamada ikinci yerdə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved