Slovak çalışdırıcı: “Əla oldu”
Slovakiya millisinin çalışdırıcısı Françesko Kaltsona Avropa çempionatının sonuncu qrup oyununda Rumıniya ilə heç-heçə bitən matçı şərh edib.
90plus.az xəbər verir ki, Kaltsona əla oyun nümayiş etdirdiklərini söyləyib:
"Bizim tərəfimizdən əla oyun oldu, futbolçularımız yaxşı mübarizə apardılar. Rumıniya güclü komandadır. Hər biri yüksək səviyyəyə malik 3 yığma ilə qarşılaşdıq. Düşünürəm ki, təqdirəlayiq oyunlar sərgilədik".
Qeyd: E qrupunu 3-cü kimi bitirən və 3-cü ən yaxşılar arasında 1/8-ə yüksələn Slovakiyanın buradakı rəqibi İngiltərə olacaq. Matç 30 iyun saat 20:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved