Slovakiyanın çalışdırıcısı: “Fəxr edirəm”
Avro-2024-ün 1/8 finalında əzmkar oyunla İngiltərə millisinə məğlub olan (1:2) Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona oyunu şərh edib.
90plus.az xəbər verir ki, mütəxəssis komandasının mübariz əla oyununu vurğulayıb:
"Məyusluqdan çox qürur hissi keçirirəm. Çünki favoritlərdən birinə qarşı əla oynadıq, eyni səviyyədə.
Təəssüf ki, nəticə fərqli oldu. Əlavə vaxtda, demək olar ki, meydanın rəqibə aid olan hissəsində idik. Fəxr edirəm ki, İngiltərəni müdafiə olunmağa və nəticəni qorumaları üçün meydana əlavə müdafiəçilər buraxmağa məcbur etdik".
© Copyright 2026, All Rights Reserved