Spaletti İtaliyanın uduzmasını şərh edib
Son Avropa çempionu İtaliya millisinin çalışdırıcısı Luçano Spaletti Avro-2024-ün 1/8 finalında İsveçrəyə uduzaraq (0:2) mübarizəni dayandırması haqda danışıb.
90plus.az xəbər verir ki, uğursuzluğun günahını özündə görür:
"Turniri tərk etdiyimizə görə məsuliyyəti mən daşıyıram. Seçimi mən etdim. Başqa heç bir şey edə bilmədik. Futbolçuları tanımağa çox vaxtım olmadı. Əvvəlki məşqçilərin hamısının onları sınamaq və tanımaq üçün 20, bəzilərinin hətta 30 oyunu var idi. Daha bir neçə oyun mənə kömək ola bilərdi."
"Mən İtaliya futbol federasiyasının prezidenti Qabriele Qravina ilə danışacam, çünki o, mənə qarşı həmişə ciddi bir peşəkar kimi davranıb".
Qeyd: Spalletti 2023-cü ilin avqustunda milli komandanın baş məşqçisi təyin edilib. İtaliya yığmasını 14 oyuna çıxarıb.
Mənbə: Goal
© Copyright 2026, All Rights Reserved