Terri: "O, Ronaldo və Messi qədər yaxşı idi"
"Çelsi"nin keçmiş müdafiəçisi Con Terri verdiyi maraqlı açıqlama ilə gündəmə gəlib.
90plus.az xəbər verir ki, Terri belçikalı sabiq vinger Eden Hazardı Messi və Ronaldoya bərabər hesab edib:
"Eden Hazard "Çelsi"də gördüyüm ən bacarıqlı futbolçu idi. Onun nümayiş etdirdiyi performansı bir növ sehr adlandırmaq olar. O, Messi və Ronaldonun səviyyəsində çıxış edirdi" (📰: Give me Sport).
Qeyd: Hazard 2023-cü ildə futbolçu karyerasını başa vurub. 32 yaşında idmandan ayrılan belçikalı ulduz "Çelsi" ilə ümumilikdə 352 oyunda iştirak edib.
© Copyright 2026, All Rights Reserved