"Top sizdə oldu-olmadı, intizamı qoruyun"-Sanyol
Gürcüstan millisinin çalışdırıcısı Villi Sanyol Avropa çempionatının sonuncu qrup oyununda Portuqaliyanı 2-0 məğlub etdikləri matçı şərh edib.
90plus.az xəbər verir ki, Sanyol intizamın gücündən danışıb:
"Düzünü desəm, oyundan əvvəl futbolçulara nə dediyimi xatırlamıram, amma mesaj öz futbolunu oynamaq idi. Top sizdə oldu-olmadı, intizamı qoruyun".
Qeyd: F qrupunu 3-cü kimi bitirən və 3-cü ən yaxşılar arasında 1/8-ə yüksələn Gürcüstanın buradakı rəqibi İspaniya olacaq. Matç 30 iyun saat 23:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved