DÇ-2026: Türkiyə Gürcüstanda qələbə ilə başladı
2026-cı il FIFA Dünya Çempionatının Avropa seçmə mərhələsinə start verilib.
90plus.az xəbər verir ki, E qrupunda yer alan Türkiyə milli komandası ilk oyununda səfərdə Gürcüstan millisinə qarşı gücünü sınayıb və rəqibini 3:2 hesabı ilə məğlub edib.
Tiflis şəhərində yerləşən Boris Payçadze Milli Stadionunda baş tutan qarşılaşmanın ilk hissəsi türkiyəlilərin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Matçın 3-cü dəqiqəsində Mert Müldür hesabı açıb, 41-ci dəqiqədə isə Kerem Aktürkoğlu fərqi artıraraq komandası üçün ikinci qolu vurub.
İkinci hissəyə də sürətli başlayan ay-ulduzlular 46-cı dəqiqədə Yunus Akgünün ötürməsini dəqiq tamamlayan Kerem Aktürkoğlu ilə hesabı 3:0 edib və dublunu rəsmiləşdirib.
Buna baxmayaraq, Gürcüstan komandası ümidini itirməyib. Davitaşvilinin qolu ilə fərqi azaldan meydan sahibləri 66-cı dəqiqədə oyuna daxil olan Barış Alper Yılmazın 71-ci dəqiqədə qırmızı vərəqə alması ilə rəqibin say üstünlüyündən faydalanmağa çalışıblar.
Görüşün son anlarında – 90+8-ci dəqiqədə Kviça Kvaratsxeliyanın qolu ilə hesab 3:2-yə gəlsə də, Türkiyə millisi vacib səfər qələbəsini əldən verməyib və 3 xalla turnirə uğurlu start verib.
Gürcüstan isə seçmə mərhələyə xalsız başlayıb.
Gürcüstan 2-3 Türkiyə
Mert Müldür 3'
Kerem Aktürkoğlu 40' 53'
Davidasvili 63'
Kvara 90+8'
Qollar:
https://t.me/doxsanplus/107126
https://t.me/doxsanplus/107129
https://t.me/doxsanplus/107131
https://t.me/doxsanplus/107132
E qrupundakı ikinci qarşılaşmasında Türkiyə millisi sentyabrın 7-də Konya şəhərində İspaniya yığması ilə qarşılaşacaq.
ABŞ, Meksika və Kanada tərəfindən birgə təşkil olunacaq 2026 FIFA Dünya Çempionatında Avropadan ümumilikdə 16 komanda iştirak edəcək.
Avropa zonası üzrə seçmə mərhələdə qruplarını birinci pillədə tamamlayan 12 komanda birbaşa dünya çempionatına vəsiqə qazanacaq. Qalan 4 vəsiqə uğrunda isə 12 qrup ikincisi və UEFA Millətlər Liqasından gələcək 4 komanda arasında pley-off oyunları keçiriləcək. Bu oyunlar 2026-cı ilin mart ayında baş tutacaq.