Türkiyə İspaniyanı qəbul edir: Heyətlər açıqlandı
2026 Dünya Kubokunun Avropa zonası üzrə E qrupunda mübarizə aparan Türkiyə milli komandası qrupdakı ikinci oyununda güclü rəqibi İspaniya ilə qarşılaşacaq.
90plus.az xəbər verir ki, görüş Konya Böyükşəhər Stadionunda keçiriləcək və yerli vaxtla saat 22:45-də başlayacaq.
Qrupdakı ilk matçında Gürcüstanı səfərdə 3:2 hesabı ilə məğlub edən ay-ulduzlular, bu dəfə də İspaniyanı yenərək 2-də 2 etmək niyyətindədir. İspaniya isə ilk oyununda Bolqarıstan üzərində 3:0 hesablı qələbə qazanıb və hazırda qrup lideridir.
Gürcüstanla matçda qırmızı vərəqə alan Barış Alper Yılmaz bu qarşılaşmada iştirak edə bilməyəcək. Bundan başqa, heyətdə başqa bir itki yoxdur.
Qapıçılar: Altay Bayındır, Berke Özer, Mert Günok, Uğurcan Çakır
Müdafiə: Abdülkerim Bardakcı, Çağlar Söyüncü, Eren Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mert Müldür, Samet Akaydın, Yusuf Akçiçek, Zeki Çelik
Yarımmüdafiə: Demir Ege Tıknaz, Hakan Çalhanoğlu, İsmail Yüksek, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan
Hücum: Arda Güler, Can Uzun, Deniz Gül, İrfan Can Kahveci, Kenan Yıldız, Kerem Aktürkoğlu, Oğuz Aydın, Yunus Akgün
Baş məşqçi Luis de la Fuente tərəfindən açıqlanan 26 nəfərlik heyətdə Alvaro Morata da yer alıb. Morata mövsüm əvvəlində Qalatasaraydan İtaliya klubu Komoya transfer olunmuşdu.
Qapıçılar: Unai Simon, David Raya, Alex Remiro
Müdafiə: Dani Carvajal, Pedro Porro, Robin Le Normand, Dean Huijsen, Dani Vivian, Pau Cubarsi, Marc Cucurella, Alejandro Grimaldo
Yarımmüdafiə: Rodri, Martin Zubimendi, Fabian Ruiz, Pedri, Mikel Merino, Aleix Garcia, Fermin Lopez
Hücum: Alvaro Morata, Mikel Oyarzabal, Ferran Torres, Dani Olmo, Lamine Yamal, Nico Williams, Jorge de Frutos, Jesus Rodriguez
© Copyright 2026, All Rights Reserved