Türkiyənin Avro-2024-də taleyi…
Avro-2024-də "Türkiyə qrupdan necə çıxar, kiminlə qarşılaşa bilər" sualına bir neçə cavab var.
90plus.az xəbər verir ki, Türkiyə millisi bu gün Çexiya ilə görüşdə xal qazanacağı təqdirdə qrupda ikinci yeri tutacaq. Belə olan halda türklər 1/8-də Avstriya ilə qarşılaşacaq.
Türkiyə Çexiyaya uduzacağı təqdirdə rəqibindən geri qalacaq. Bu halda ikinci Çexiya olacaq. Türkiyə isə Gürcüstan Portuqaliyanı məğlub etməsə, 3 xalla üçüncü olacaq və ən yaxşı üçüncülərdən biri olmağı gözləyəcək.
Türkiyə millisi 3-cü yerdən 1/8-ə yüksəlsə, İspaniya ilə qarşılaşacaq.
Qeyd: F qrupunun Çexiya - Türkiyə oyunu bu gün saat 23:00-da başlayacaq. Yayımçı TV kanallar:
İctimai TV; Okko Sport; TRT 1 Turkey.
© Copyright 2026, All Rights Reserved