"İspaniyanın ilk qolu qeydə alınmamalıydı” Sanyol
Avro-2024-də 1/8 final mərhələsində keçirilən İspaniya-Gürcüstan matçında Gürcüstan millisi 4:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
90plus.az xəbər verir ki, matçdan sonra Gürcüstan millisinin baş məşqçisi açıqlamasında "Nəticədən məyus deyilik, amma təbii ki, uduzduğumuz üçün təəssüflənirik. Bu, olduqca normaldır. Əminəm ki, bir neçə gündən sonra nə etdiyimizi dərk edəcəyik və xoşbəxtlik çox tez qayıdacaq" - deyə bildirib.
Bununla yanaşı Sanyol hakimlərin məğlubiyyətdə rol oynadıqlarını iddia edib: "İspaniyanın ilk qolu qeydə alınmamalı idi. Morata ofsaydda idi. VAR-da nə etdiklərini bilmirəm. Bəlkə də, fasiləyə 1:0 hesabı ilə yollansaydıq, hər şey dəyişəcəkdi."
Qeyd: Turnirə ilk dəfə qatılan Gürcüstanın mübarizəsi 1/8 finalda başa çatıb. İspaniya isə növbəti mərhələdə Almaniya ilə qarşılaşacaq.
Tarixində ilk dəfə böyük bir turnirdə iştirak edən Gürcüstan:
Türkiyə: 3-1 (məğlubiyyət);
Çexiya: 1-1 (heç-heçə);
Portuqaliya: 2-0 (qələbə);
İspaniya: 4-1 (məğlubiyyət).
© Copyright 2026, All Rights Reserved