Ukraynalı çalışdırıcı: “Həyatdır, insan səhv edir”
Ukrayna millisinin çalışdırıcısı Sergey Rebrov Avropa çempionatının sonuncu qrup oyununda Belçika ilə qolsuz bitən və ukraynalıları məyus edən matçı şərh edib.
90plus.az xəbər verir ki, Rebrov komandasının çıxışını yüksək qiymətləndirib:
"Təəssüf ki, Rumıniyaya uduzduğumuz ilk oyuna görə pley-offa vəsiqə qazana bilmədik. Turnir boyu yaxşı oyun göstərdik və bir sıra maraqlı məqamlar oldu. AVRO-2024-də iştirakımız ölkəmiz üçün çox önəmli idi. Son iki oyunda xarakter nümayiş etdirdik. Amma bu həyatdır, insan səhv edir, önəmli olan nəticə çıxarmaqdır. Mən futbolçularımla fəxr edirəm".
Qeyd: Ukrayna 4 xalla E qrupunu sonuncu sırada bitirib və Avro-2024-lə vidalaşıb.
© Copyright 2026, All Rights Reserved