Rebrov: “Ukraynalıların ruhunu göstərməliyik”
Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Avro-2024-ün qrup mərhələsində Rumıniyaya 0:3 hesabı ilə məğlub olduğu oyundan sonra fikirlərini söyləyib.
90plus.az xəbər verir ki, oyunçuların özlərini maksimum oyuna həsr etmədiklərindən şikayətlənib:
“Düşünürəm ki, bu, hamı üçün gözlənilməz oldu. Bu, Avropa çempionatıdır. Mən həmişə deyirəm: Avropa çempionatında nəyəsə nail olmaq istəyiriksə, hər bir oyunçu maksimumunu göstərməlidir. Təəssüf ki, belə olmadı, amma bu, ilk oyundur. Növbəti oyuna daha ciddi və hərtərəfli hazırlaşacağıq".
"Buraxılan qola qədər isə ilk dəqiqələrdə oyuna nəzarət edirdik. Amma bizim səhvlərimiz var və bu, Rumıniyaya qarşı görüşdə baş verdi. Düşünürəm ki, hücumda kifayət qədər aqressiv olmadıq və şans yaratmadıq.
Oyundan əvvəl futbolçulara dedim ki, biz ukraynalıların ruhunu göstərməliyik. Təəssüf ki, nəticə belədir. Əminəm ki, növbəti oyun üçün əhval-ruhiyyə fərqli olacaq”.
© Copyright 2026, All Rights Reserved