Üzgüçülərimiz medal qazanıblar!
Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” 8-ci Beynəlxalq İdman Oyunlarında üzgüçülərimiz 1 gümüş və 1 bürünc olmaqla 2 medal qazanıblar.
90plus.az xəbər verir ki, 200 metr məsafədə sərbəst üsulla Süleyman İsmayılzadə gümüş, 400 metr məsafədə qarışıq üsulla Oqtay Hüseynov bürünc medal qazanıb.
Qeyd: 30 iyun tarixində üzgüçülərimizin hər ikisi 400 metr məsafədə sərbəst üsulla çıxış edəcək.
© Copyright 2026, All Rights Reserved