“Van Deyk lider deyil, xarakteri yumuşaqdır” – “Liverpul”un ulduzuna sərt tənqid
Hollandiya futbolunun canlı əfsanəsi Marko van Basten həmvətəni və “Liverpul” klubunun aparıcı müdafiəçisi Vircil van Deyk haqqında diqqətçəkən açıqlamalar verib.
90plus.az xəbər verir ki, Van Basten Van Deykin liderlik xüsusiyyətlərinin yetərsiz olduğunu bildirib. Əfsanəvi futbolçu 34 yaşlı müdafiəçini sərt sözlərlə tənqid edərək onun komandasını arxasınca aparacaq bir lider olmadığını deyib.
“Van Deyk yaxşı bir lider olmalıdır, nümunə və irəli aparan güc olmalıdır. Amma onda bu xüsusiyyətlər çatışmır. Onun xarakterini yumuşaq hesab edirəm. Bəli, o, əla futbolçudur, bəlkə də dünyanın ən yaxşı müdafiəçisidir, lakin komandaya rəhbərlik edən tipdə bir kapitan deyil. Ümid edirəm ki, Arne Slot ona nələrsə öyrədə bilər,” – deyə Van Basten vurğulayıb.
Qeyd: Hazırda “Liverpul” klubunda çıxış edən və eyni zamanda Hollanda milli komandasının kapitanı olan Vircil van Deyk bu mövsüm Premyer Liqada 10 oyunda iştirak edib və 1 qolla yadda qalıb.
© Copyright 2026, All Rights Reserved