Xabi Alonso Güler haqda: “Bizə çox kömək olur”
Arda Güler “Borussiya Dortmund” qarşısında parladı – Xabi Alonso: “O, bizə çox kömək olur”.
90plus.az xəbər verir ki, “Real Madrid”in gənc ulduzu Arda Güler Klubların Dünya Çempionatının 1/4 finalında “Borussiya Dortmund”a qarşı möhtəşəm performans sərgiləyib. “Real” rəqibini 3:2 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.
19 yaşlı türkiyəli yarımmüdafiəçi oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Güler matç ərzində 65/68 dəqiq pasla (%96 dəqiqlik), 2/2 uzun ötürmə ilə, 2 açar pasla və 2 qalib ikili mübarizə ilə komandasına vacib töhfə verib.
O, ümumilikdə 99 dəqiqə meydanda olub və texnikası, zəkası ilə oyunun əsas fiqurlarından birinə çevrilib.
“Real Madrid”in baş məşqçisi Xabi Alonso oyun sonrası Arda Güler barədə bunları deyib:
“Arda bəzi cəhətlərdə inkişaf etməlidir, lakin bunu ancaq oyunlara çıxmaqla edə bilər. O, bizə çox kömək olur, buna görə də biz də onun inkişaf etməsinə kömək etməliyik.”
Gecənin ulduzu seçilən Arda Güler növbəti mövsümdə də “Real Madrid”in əsas ümidlərindən biri olacaq.
© Copyright 2026, All Rights Reserved