“Yalnız qələbəyə köklənmişik”- “Zirə”nin futbolçusu
"Zirə"nin futbolçusu Pyer Zebli Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Osiyek"lə cavab oyunundan öncə fikirlərini bildirib.
90plus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi qələbəyə kökləndiklərini deyir:
"Çətin oyun olacağını bilirik. Vacib matçdır. Məşqçimizin tapşırıqlarını yerinə yetirsək, oyunun gedişini asanlaşdıra bilərik. Yalnız qələbəyə köklənmişik. Ev oyunu olması bizim üçün əlavə üstünlükdür".
Qeyd: "Zirə - Osiyek" görüşü sabah saat 20:30-da CBC Sportda yayımlanacaq. İlk oyunda 1:1-lik bərabərlik var.
© Copyright 2026, All Rights Reserved