"Yarımfinalda oynamaq şansı qazanmaq böyük uğurdur" Ronald Kuman
Avro-2024-ün 1/4 final mərhələsində Niderland-Türkiyə oyununda Niderland 2-1 hesabı ilə Türkiyə millisinə qalib gələrək yarımfinala yüksəlib.
90plus.az xəbər verir ki, matçdan sonra Niderland komandasının baş məşqçisi Ronald Kuman açıqlama verib.
Baş məşqçi açıqlamasında "Bütün xalq üçün bu xüsusi bir şeydir. Biz kiçik bir millətik və İngiltərə, İspaniya, Fransa ilə birlikdə yarımfinalda olduğumuz üçün fəxr edirik. Bu gecə əziyyət çəkməli olduq, amma asan oyun yoxdur. Bu emosional matç olsa da böyük ürəyimiz var idi. İkinci hissəni yaxşı keçirdik. Əziyyət çəkməli olduq, lakin yarımfinalda oynamaq şansı qazanmaq böyük uğurdur" - deyə bildirib.
© Copyright 2026, All Rights Reserved