"Yaxşı oynasaq da, uduzduq, bu çox üzücüdür" Martinez
Portuqaliya-Fransa arasında keçirilən oyun əsas vaxtda 0-0, penaltilər seriyasında isə Fransanın xeyrinə 5-3 hesabı ilə nəticələnib.
90plus.az xəbər verir ki, matçdan sonra Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez oyunla bağlı açıqlama verib.
Martinez açıqlamasında "Hər iki komanda 120 dəqiqə boyunca çətinlik çəkdi. Qürurla məğlub olduq. Yaxşı oynasaq da, uduzduq, bu çox üzücüdür. Oyun ərzində biz topa daha çox sahib idik" - deyə qeyd edib.
Qeyd: Portuqaliya Avropa çempionatında mübarizəni dayandırıb.
© Copyright 2026, All Rights Reserved