"Yeganə səhvimizdən istifadə etdilər" - "Osiyek"in çalışdırıcısı
"Zirə"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Osiyek"in baş məşqçisi Federiko Koppitelli oyunqabağı fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Bakıya yollanan mütəxəssis Bakı səfərindən öncə "Zirə" ilə oyun haqda bunları deyib:
"Məqsədimiz Konfrans Liqasında mübarizəni davam etdirməkdir. "Osiyek"də keyfiyyətli komandaya qarşı çox yaxşı oyun keçirdik və bu onu göstərir ki, həmin 93 dəqiqədə onlara qarşı möhtəşəm çıxış qələbə üçün kifayət etmir. Bununla belə, bu, bizə inam verir, eyni zamanda, rəqibin gücünü göstərir. Lakin onlar bizim yeganə səhvimizdən istifadə etdilər və qələbəyə layiq olsaq da, oyun heç-heçə başa çatdı. "Zirə"nin artıq ev sahibi olması oyunun çətin keçəcəyini göstərir. Düşünürəm ki, komandamız yaxşı hazırlaşıb. Uğurlu nəticə üçün kifayət qədər enerjimiz və həvəsimiz olacaq".
Qeyd: “Zirə - Osiyek” cavab oyunu 15 avqust saat 20:30-da Bakıdakı "Dalğa Arena"da baş tutacaq. İlk matç 1-1 yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved