“Zirə - Osiyek”: Biletlər satılır
"Zirə"nin Bakıda Xorvatiya "Osiyek"inə qarşı keçirəcəyi Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçına biletlər artıq satılır.
90plus.az xəbər verir ki, biletlərin qiymətləri sektorlara görə 2, 5, 10 və 20 manat arasında dəyişir.
Zirə İdman Kompleksindən, "Dalğa Arena"dan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından bu biletləri almaq olar.
Matçın afişası: 15 avqust "Dalğa Arena"da saat 20:30-da!
Qeyd: Xorvatiyadakı ilk görüş bərabər bitib: 1-1.
© Copyright 2026, All Rights Reserved