"Zirə" və "Sabah" Avropada ciddi sınaq qarşısında
UEFA Konfrans Liqasında "Zirə" "Osiyek"i, "Sabah" "Sent Patriks"i evində sınağa çəkəcək.
90plus.az xəbər verir ki, təmsilçilərimiz Avropada bu gün növbəti oyunlarına çıxacaq. İlk matçda Xorvatiyada 1-1-lik heç-heçəyə razılaşan "Zirə" Osiyek"i bu dəfə Bakıda qəbul edəcək. Matçın start fiti saat 20:30-da səslənəcək. Oyunun ədalət carçısı Avstriyadan Y.Veinberger olacaq:
Zirə (Azərbaycan) - Osiyek (Xorvatiya)
İlk oyunu (1-1)
UEFA Konfrans Liqası
"Sabah" isə Şotlandiyadakı minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Matç saat 20:00-da start götürəcək. Oyunu Ruminyadan M.Birsan idarə edəcək.
Sabah (Azərbaycan) - Sent Patriks (Şotlandiya)
İlk oyunu (0 - 1)
UEFA Konfrans Liqası
© Copyright 2026, All Rights Reserved