"Zirə" qalib gəlsə, qarşısında yenə “O” var
"Zirə" Xorvatiya klubunu keçə bilsə, "Omonia" ilə qarşılaşacaq.
90plus.az xəbər verir ki, bu gün UEFA Konfrans Liqasında Kiprin "Omonia" klubu səfərdə Macarıstan təmsilçisi "Fehervar"ın qonağı olub. Görüş ada təmsilçisinin 2-0 hesablı qalibiyyəti ilə başa çatıb. Bununla da, "Zirə" "Osiyek" səddini keçsə, pley-offda rəqibi "Omonia" olacaq:
Fehervar (Macarıstan) 0 - 2 Omonia (Kipr)
U.Semedo 28'
A.Kokulis 90+5'
Qeyd: "Zirə" ilk oyunda "Osiyek"lə 1-1-ə razılaşmışdı. Cavab qarşılaşmasını ilk fit səsi sabah saat 20:30-da duyulacaq. Matçın ədalət qoruyucusu Avstriyadan Y.Veinberger olacaq.
© Copyright 2026, All Rights Reserved