“DAK”ın çalışdırcısı üzr istədi, “ümid var” dedi
"DAK 1904"ün baş məşqçisi Xisko Munyoz Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"yə böyük hesabla məğlub olduqları matçı (0:4) şərh edib.
90plus.az xəbər verir ki, slovak klubunun çalışdırıcısı nəticəyə görə üzrxahlıq edib:
"Oyunun nəticəsi birbaşa mənim səhvimdir. Futbolçularıma nəyin önəmli olduğunu istədiyim qədər çatdıra bilməmişəm. Azarkeşlərimizdən, xalqımızdan üzr istəyirəm. Geridönüş çətin olacaq. Səhvlərdən nəticə çıxarıb, daha yaxşı oynamalıyıq. Komandama inanıram. Oyunçularımın bacarığına bələdəm. Bir oyunla kifayətlənmirik. Hansı nöqtədə olduğumuzu bilirik. Növbəti oyun üçün birlik olmalıyıq. Çətin oyun olacaq. Mümkünsüz deyil, ümid var".
Qeyd: "DAK - Zirə" cavab oyunu avqustun 1-i saat 22:30-da Slovakiyada baş tutacaq.
© Copyright 2026, All Rights Reserved