13 yaşlı azərbaycanlı şahmat dünyasını silkələdi!
Xaqan Əhməddən şahmat dünyasını silkələyən qələbə – 13 yaşında Hikaru Nakamuranı məğlub etdi.
90plus.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçirilən komandalararası rapid üzrə dünya çempionatında 13 yaşlı azərbaycanlı şahmatçı Xaqan Əhməd sensasiyaya imza atıb. 2290 FIDE reytinqinə sahib olan gənc istedad, dünyanın ikinci şahmatçısı – ABŞ təmsilçisi Hikaru Nakamuranı (2804) məğlub edərək gündəmə damğa vurub.
VİDEO: https://t.me/doxsanplus/104095
Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu nəticəyə rəsmi “Instagram” səhifəsində xüsusi yer ayırıb. Paylaşımda qeyd olunub:
“Günün böyük sürprizi. Xaqan Əhməd Hikaru Nakamuranı heyrətə gətirdi. O, gün ərzində qalibiyyətinin təsadüfi olmadığını sübut etdi. Güclü qrossmeysterlərlə qarşılaşaraq 13 oyundan 9-da qalib gəldi”.
Xaqan Əhməd rapid üzrə dünya çempionatında Türkiyə klubunun heyətində mübarizə aparıb. Uğurlu çıxışı ilə həm fərdi performansı, həm də cəsarətli oyunu ilə diqqət çəkən gənc şahmatçı, beynəlxalq səviyyədə tanınmış bir çox peşəkarla qarşılaşıb və parlaq nəticələr əldə edib.
Bu qələbə yalnız Xaqan üçün deyil, Azərbaycan şahmatı üçün də mühüm bir hadisə kimi dəyərləndirilir. Gənc yaşına baxmayaraq, dünya səviyyəli rəqiblərlə mübarizə aparmaq və onlara qalib gəlmək Xaqanın qarşıdakı illərdə böyük uğurlar qazanacağının göstəricisidir.
Azərbaycan şahmatında yeni bir ulduz doğur.
© Copyright 2026, All Rights Reserved