3-cü MDB oyunları: Mətbuat konfransı baş tutub!
Bu gün III MDB Oyunlarının mətbuat konfransı təşkil olunub.
90plus.az xəbər verir ki, konfransda aşağıdakı məsələlər təqdim olunub:
III MDB Oyunlarınının rəsmi saytı: www.ciagames2025.com saytında tədbirlə bağlı hazırlıq prosesi, yarış cədvəlləri, idman məkanları, könüllü və media qeydiyyatı və başqa məsələlərlə bağlı son yenilikləri əldə etmək mümkün olacaq.
III MDB Oyunlarının maskotları: Bəbir və Leyla. FOTO:
III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir. Turnir üçün Könüllü Proqramına start verilib. Bölgələrdə bu istiqamətdə bir sıra tədbirlər görülür, gənclərlə maarifləndirici görüşlər keçirilir.
Oyunlara 5500-ə yaxın iştirakçının qatılacağı gözlənilir. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova bunu deyib. O, turnirin açılış və bağlanış mərasiminin Gəncə şəhər stadionunda - sentyabrın 28-də və oktyabrın 8-də baş tutacağını söyləyib.
Ermənistan Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirakı ilə bağlı hələlik məlumat verməyib.
Qeyd: III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək. İdmanın 23 növündə yarışlar təşkil olunacaq. Turnirdə təkcə MDB-dən deyil, digər ölkələrdən də idmançılar iştirak edəcək.
© Copyright 2026, All Rights Reserved