3-cü MDB Oyunları: Üzgüçümüz qızıl aldı
Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə III MDB Oyunlarında qızıl medal aldı.
90plus.az xəbər verir ki, o, sərbəst üsulla 400 metr məsafəyə üzmə yarışında bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb. Rusiya üzgüçüləri Aleksandr Filipets gümüş, Boqdan Toropkin isə bürünc medalla kifayətləniblər.
Bu nəticədən sonra Azərbaycanın ümumi medallarının sayı 8 qızıl, 21 gümüş və 31 bürüncə çatıb. Hazırda komanda hesabında ölkəmiz ikinci pillədə qərarlaşıb. Medal sıralamasında isə Rusiya (59 qızıl, 17 gümüş, 12 bürünc) birinci yeri tutur.
Xatırlatma: Azərbaycanda təşkil olunan III MDB Oyunları oktyabrın 8-də yekunlaşacaq. Yarışlarda 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə iştirak edir.
© Copyright 2026, All Rights Reserved