65 yaşlı cüdoçumuz Avropa çempionu oldu
65 yaşlı veteran cüdoçumuz Avropa çempionu olub.
90plus.az xəbər verir ki, azərbaycanlı cüdoçu Fərhad Rəcəbli -90 kq çəki dərəcəsində Latviyanın paytaxtı Riqada keçirilən veteranlar arasında Avropa çempionatında qızıl medal qazanıb.
M-8 yaş kateqoriyasında mübarizə aparan F.Rəcəbli finalda ukraynalı Oleksandr Ranqayevi ipponla məğlub edib. Bununla da, karyerasında 11-ci dəfə Avropa çempionu titulunu qazanıb.
Təmsilçimiz həm də 12 qat dünya çempionudur.
© Copyright 2026, All Rights Reserved