AFFA rəhbərindən FIFA prezidentinə təşəkkür
AFFA prezidenti Rövşən Nəcəf FIFA rəhbəri Canni İnfantinoya təşəkkürünü ifadə edib.
90plus.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Bu mühüm və tarixi qərar dövlət başçıları arasında mövcud olan dostluq münasibətlərinin, ölkələrin rifahına və inkişafına yönələn siyasətin, həmçinin hər iki ölkədə idmana göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir. Dəstəyə görə FIFA prezidenti Canni İnfantinoya və İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürümü bildirirəm”.
Xatırlatma: FIFA İcraiyyə Komitəsinin qərarı ilə 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsi Azərbaycan və Özbəkistanda keçiriləcək.
© Copyright 2026, All Rights Reserved