İtaliya A Seriyası: Yüksələn sonuncu klub o oldu
A Seriyasına yüksələn son komanda müəyyənləşdi: “Monza” pley-offda üstünlük qazandı.
90plus.az xəbər verir ki, İtaliya futbolunda A Seriyasına yüksələn son komandanın adı B Seriyasının pley-off mərhələsindən sonra dəqiqləşib.
Yüksəliş uğrunda həlledici qarşılaşmada "Monza" ilə "Katanzaro" üz-üzə gəlib.
İki oyundan ibarət pley-off duelində ilk matçda “Monza” 2:0 hesablı qələbə qazanaraq üstünlük əldə etmişdi. Cavab görüşündə isə “Katanzaro” eyni hesabla qalib gəlib və ümumi nəticəni bərabərləşdirib – 2:2.
Reqlamentə əsasən, bu mərhələdə əlavə vaxt və penaltilər tətbiq olunmadığından, cütün taleyi turnir cədvəlindəki mövqeyə görə həll olunub. Mövsümü 3-cü pillədə başa vuran “Monza” 5-ci yerdə qərarlaşan rəqibini qabaqlayaraq A Seriyasına vəsiqəni təmin edib.
Qeyd: "Venesiya" və "Frozinone" B Seriyasında ilk iki pilləni tutaraq birbaşa A Seriyasına yüksəlmişdilər.
Beləliklə, İtaliya futbolunda növbəti mövsüm üçün A Seriyasının son iştirakçısı da rəsmən müəyyənləşib.
© Copyright 2026, All Rights Reserved