Ağırlıqqaldıranımız çempion oldu
Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev “Uzbekistan Open” turnirinin qalibi olub.
90plus.az xəbər verir ki, yeniyetmə atletimiz 61 kq çəkidə birdən qaldırma hərəkətində 103 kq nəticə ilə birinci olub. O, təkanla qaldırma hərəkətində də 123 kq ağırlığı ram edərək eyni uğuru təkrarlayıb.
Ümumilikdə 226 kq nəticə ilə K.Xappayev yarışın qalibi adını qazanıb.
© Copyright 2026, All Rights Reserved