Aleksandr Zinçenko: “Azərbaycanla oyuna tam fokuslanmışıq”
Ukrayna millisinin və "Nottingem Forest"in sol cinah müdafiəçisi Aleksandr Zinçenko DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
90plus.az xəbər verir ki, təcrübəli futbolçu qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:
“Milli səviyyədə zəif rəqib anlayışı yoxdur. Qarşıdakı oyuna tam hazır olmalı və maksimum diqqət göstərməliyik. Baş məşqçi məni hansı mövqedə görmək istəyirsə, orada oynamağa hazıram. Əsas məsələ komandaya fayda verməkdir”.
Qeyd: Azərbaycan – Ukrayna oyunu sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved