Amorimdən Onanaya gözdağı - Türk qapıçıdan debüt
Bu gün "Nyukasl"la oyunda qapını Altay Bayındırın qoruması gözlənilir.
90plus.az xəbər verir ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasının 32-ci turunda "Nyukasl" səfərinə yollanır. Bu gün baş məşqçi Ruben Amorimin heyətdə dəyişiklik etməsi gözlənilir. Son "Lyon" oyununda səhvlərlə "yadda qalan" Andre Onananın əvəzinə qapını türkiyəli qapıçı Altay Bayındırın qoruyacağı qeyd olunur. Bu türk qapıçının İngiltərə Premyer Liqasında debütü olacaq.
Qeyd: Altay Bayındır keçən yay "Fənərbağça"dan 7 milyon avroya transfer olunmuşdu.
© Copyright 2026, All Rights Reserved