Ançelotti: "Barselona"nın üstünlüyü var"
Karlo Ançelotti Braziliya millisinə mümkün təyinatı və La Liqada çempionluq yarışı ilə bağlı fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, "Real Madrid" La Liqanın 29-cu turunda "Leqanes"i qəbul edir. Oyundan əvvəl Karlo Ançelotti maraqlı fikirlər səsləndirib:
"Xeyr, mənə Braziliya Futbol Konfederasiyasından zəng etməyiblər. Ronaldo Nazario ilə bu haqda danışdığımızı da xatırlamıram. Braziliyanı, futbolçularını və azarkleşlərini sevirəm, amma “Real Madrid” ilə müqaviləm var, orada hər şey qeyd olunub. Mövsümün ən vacib hissəsində fikrimi yalnız klubdakı işimə yönəltmişəm.
La Liqada “Real Madrid” üçün hər şey bitib? Xeyr. “Barselona”nın üstünlüyü var, lakin mayda bizi El Klasiko gözləyir. Ümumiyyətlə, hələ çox oyun qalıb. Bütün turnirlərdə sona qədər mübarizə aparacağıq".
Qeyd: Braziliya millisi baş məşqçi axtarışına çıxıb. Onların əsas namizədi Karlo Ançelotti olaraq qalır.
© Copyright 2026, All Rights Reserved