Ançelotti etiraf etdi: "Daha yaxşı ola bilərdik"
Karlo Ançelotti "Real Madrid"in bu mövsüm çıxışından razıdır.
90plus.az xəbər verir ki, "kral klubu"nun italyan çalışdırıcısı komandasının oyunundan razı qalmayıb:
"Bütün çətinliklərə baxmayaraq, martda hələ də bütün turnirlərdə liderlik edirik. Son 3 ildə belə şey olmayıb"
"İlk mövsümümdə "Atletiko Madrid" fevralda bizi İspaniya Kubokunda mübarizədən kənarlaşdırmışdı. İkinci mövsümdə La Liqada xeyli geri qalırdıq. İndi isə artıq mart ayıdır, işlərimiz qaydasındadır. Amma daha yaxşı oynaya bilərik".
Qeyd: "Real Madrid" bu mövsüm UEFA Çempionlar Liqasında 1/4 finala qədər yüksəlib və "Arsenal"la qarşılaşacaq. La Liqada isə 57 xalla, birinci yeri bölüşür.
Mənbə: Football Espana
© Copyright 2026, All Rights Reserved