Ançelotti Neymarla bağlı ümidverici danışdı
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatı öncəsi Neymarla bağlı barışıq mesajı verib və ulduz hücumçunun hələ də heyət üçün real namizəd olduğunu vurğulayıb.
90plus.az xəbər verir ki, Tunislə keçiriləcək yoldaşlıq görüşü ərəfəsində mətbuat konfransında danışan italiyalı mütəxəssis mundialla bağlı vacib məqamlara toxunub və hazırda “Santos”da çıxış edən 33 yaşlı futbolçuya birbaşa çağırış edib. Neymar son dövrlərdə çətin dönəm yaşasa da, heyətə qayıtmaq istəyir.
“Neymar dünya çempionatında iştirak edə biləcək futbolçular sırasındadır”, – Ançelotti deyib. “Həlledici siyahının açıqlanmasına cəmi altı ay qalıb. Həm onu, həm də digər futbolçuları diqqətlə izləməliyik ki, yekun seçimdə yanlış addım atmayaq”.
Ançelotti komandanın potensialına inamın yüksək olduğunu da əlavə edib: “Hamı bu komandanın çox böyük potensiala malik olduğunu düşünür – braziliyalılar da, mənimlə danışan italiyalılar da… Biz həmin gözləntiləri dünya çempionatında gerçəkləşdirmək üçün çalışmalıyıq”.
Braziliya hazırlıqlarını noyabrın 15-də Seneqala, 18-də isə Tunisinə qarşı yoldaşlıq görüşləri ilə davam etdirəcək. Bu oyunlar Ançelottinin “Seleçao” üçün planlarının ilkin görüntülərini təqdim edəcək.
© Copyright 2026, All Rights Reserved