"Araz" evdə böyük hesabla məğlub oldu
Bu gün "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının təsnifat mərhələsinin III turu çərçivəsində ilk oyununu keçirib.
90plus.az xəbər verir ki, Elmar Baxşıyevin başçılıq etdiyi komanda Kiprin “Omoniya” klubu ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin 0:4 hesabı ilə uduzması ilə başa çatıb.
Qarşılıqlı görüşün cavab oyunu avqustun 14-də keçiriləcək.
“Araz-Naxçıvan” 0 – 4 “Omoniya”
Laizos Laizu, 13, 22;
Evandro, 55;
Stefan Yovetiç, 58
© Copyright 2026, All Rights Reserved