"Araz Naxçıvan"ın futbolçusu: "Sabah məqsədimizə nail olacağıq"
"Araz-Naxçıvan" klubunun oyunçusu Çarles Boli UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Omoniya" ilə cavab qarşılaşmasından əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
90plus.az fransalı cinah futbolçusunun fikirlərini təqdim edir:
"Futbolda belə nəticələr baş verə bilir. İlk oyunu artıq arxada qoymuşuq. Sabahkı qarşılaşmada daha yaxşı nəticə əldə edəcəyimizə inanıram. Əlbəttə, oyun çətin və gərgin keçəcək, amma biz buna hazırıq."
"Rəqibi yaxından tanıyırıq. Onlara qarşı bir neçə dəfə çıxış etmişəm. Kiprin ən güclü kollektivlərindən biridir. Amma düşünürəm ki, “Araz-Naxçıvan” sabahkı görüşdə məqsədinə nail olacaq.”
Qeyd: "Omoniya" - "Araz-Naxçıvan" matçı sabah saat 21:00-da start götürəcək. İlk görüşdə Kipr təmsilçisi Bakıda 4:0 hesabı ilə qalib gəlib.
© Copyright 2026, All Rights Reserved