“Araz Naxçıvan”ın tarixi debütünü qələbə bəzədi
"Araz-Naxçıvan"dan tarixi oyunda tarixi qələbə! Naxçıvan klubu Avropa səhnəsində uğurlu debüt etdi!
90plus.az xəbər verir ki, təmsilçimiz “Araz-Naxçıvan” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ilk avrokubok oyununu keçirib. Naxçıvan klubu Yunanıstanın tanınmış klubu “Aris”i qəbul edib və möhtəşəm nəticəyə imza atıb.
“Dalğa Arena”da baş tutan qarşılaşma “qırmızı-ağlar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyun Rumıniyadan olan hakimlər briqadasının idarəçiliyi altında keçirilib.
Araz Naxçıvan 2-1 Aris
Moron 66'
Santos 75'
Andrade 78'
Qollar və epizodlar:
https://t.me/doxsanplus/105457
https://t.me/doxsanplus/105465
https://t.me/doxsanplus/105466
https://t.me/doxsanplus/105467
https://t.me/doxsanplus/105468
Cütün cavab görüşü iyulun 31-də, Yunanıstanın Saloniki şəhərində olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Qeyd: Bu mərhələdə üstün çıxacaq komanda 3-cü təsnifat raundunda “Omonia” (Kipr) – “Torpedo Kutaisi” (Gürcüstan) duelinin qalibi ilə qarşılaşacaq.
“Araz-Naxçıvan”ın Avropa arenasındakı bu debüt qələbəsi azarkeşlərə böyük ümid verdi. Cavab matçında da komandamıza uğurlar arzulayırıq!
© Copyright 2026, All Rights Reserved